İrandakı terrorda ölü və yaralı sayı artıb - Yenilənib

İrandakı terrorda ölü və yaralı sayı artıb -  Yenilənib
  06 Dekabr 2018    Oxunub:7821
İranın Sistan-Bəlucistan vilayətinin Çabahar şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə, yaralananlar isə 24 nəfərə çatıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, terror aktına görə məsuliyyəti “Ənsar-əl Furkan” qruplaşması öz üzərinə götürüb.

***
İranın cənub-şərqində - Pakistanla sərhəddəki Sistan və Bəlucistan əyalətinin Çabahar liman şəhərində bomba yerləşdirilən avtomobilin partladılması nəticəsində 3 nəfər həyatını itirib.

Azvision.az xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyiası məlumat yayıb. Bildirilib ki, terror zamanı 20-yə yaxın şəxs yaralanıb. Şəhərdə atışma səslərinin eşidildiyi deyilir. Əyalətin qubernatoru Məhəmməd Hadi Maraşi isə bildirib ki, partlayış polis məntəqəsi yaxınlığında baş verib.

“Bu səhər Çabahardakı polis məntəqəsi yaxınlığında avtomobildə quraşdırılan bomba partladılıb. Nəticədə çox sayda insan xəsarət alıb” - deyə iranlı rəsmi bəyan edib.

Bəzi xarici KİV-lər isə partlayışın hərbi baza yaxınlığında törədildiyini bildirirlər.

Hazırda hadisə yerinə əlavə polis qüvvələri və xilasedicilər cəlb olunub. Şahidlərin sözlərinə görə, yaralıların çoxu qadın və uşaqlardır. Terakta görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.



Leyla Elbrusqızı
Azvision.az





Teqlər: İran  





Xəbər lenti