ABŞ-ın iki hərbi təyyarəsi toqquşub - 5 hərbçi itkin düşüb

ABŞ-ın iki hərbi təyyarəsi toqquşub -  5 hərbçi itkin düşüb
  06 Dekabr 2018    Oxunub:5436
Yaponiya sahillərində ABŞ hərbi dəniz piyadalarına məxsus 2 hərbi təyyarənin – “KC-130” tipli yanacaq doldurma təyyarəsi ilə “F/A-18” tipli döyüş təyyarəsinin havada toqquşaraq dənizə düşməsi nəticəsində Amerikanın 5 hərbi dəniz piyadası itkin düşüb.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, hər iki təyyarədə olan 7 hərbçidən 2-si Yaponiyanın dəniz müdafiə qüvvələri tərəfindən xilas edilib. Digər 5 hərbçinin tapılması üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

“İnsident kədərlidir, amma indiki anda bizim diqqətimiz itkin düşənlərin axtarışı və xilasına yönəlib. Hadisənin detalları üzə çıxan kimi Yaponiya müvafiq məlumat verəcək” – Yaponiyanın müdafiə naziri Takeşi İvaya bəyan edib.

ABŞ-ın dəniz piyadaları komandanlığı isə bildirib ki, insident yerli vaxtla gecə saat 02:00-da Yaponiya sahillərindən 322 kilometr aralıqda baş verib.

İnsidentin dəqiq təfərrüatları bilinməsə də, qeyd olunur ki, döyüş təyyarələrinin havada yanacaqla doldurulması üzrə müntəzəm təlim tapşırığı yerinə yetirərkən yaranan uyğunsuzluq hər iki hərbi təyarənin toqquşaraq qəza törətməsinə səbəb olub.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Yaponiyai   ABŞ  





Xəbər lenti