Makron etirazçıların tələbini yerinə yetirdi - Qərar ləğv olundu

  06 Dekabr 2018    Oxunub : 3493
 Makron etirazçıların tələbini yerinə yetirdi - Qərar ləğv olundu
Fransada yanacaq vergisinin artırılması qərarı ləğv edilib.
Azvision.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

“Fransada yanacaq vergisinin artırılması ilə bağlı qərarın tətbiqi nə dondurulmur, nə də ki, başqa vaxta keçirilmir. Yanacaq vergisinin artırılması qərarı ləğv edilir”, - deyə o, bəyan edib.

Qeyd edək ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində yüz minlərlə taksi sürücüsü benzinin bahalaşmasına və sosial xərclərin çoxalmasına qarşı çıxaraq “sarı gödəkçələr” adlı etiraz aksiyası keçiriblər. Tələbələr və digər peşə sahiblərinin nümayəndələri də onlara qoşulublar. Aksiyalarda prezident Emmanuel Makronun istefası tələb olunub. Nəticədə hökumət geri addım ataraq yanacağın bahalaşmayacağını elan edib.

Azvision.az

Teqlər: Fransa