Sabiq MTN rəhbəri: “Paşinyan istintaqa cəlb ediləcək”

  Sabiq MTN rəhbəri:  “Paşinyan istintaqa cəlb ediləcək”
  05 Dekabr 2018    Oxunub:5011
Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın göstərişi ilə 9 dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində müvəqqəti hökumətin rəqibləri bir-birinin ardınca Milli Təhlükəsizlik Xidmətinə (MTX) çağırılıblar. Səbəb isə, Paşinyanın yarıtmaz idarəçiliyini tənqid etdiklərinə görə təhdid metodunun işə salınmasıdır.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan özünün “Facebook” səhifəsində yazıb.

“David Şahnazaryanı bu gün Milli Təhlükəsizlik Xidmətinə çağırılıblar. Arpine Ovannisyanın hazırda polis idarəsində ifadəsi alınır. Məni də sabah polisə çağırıblar. Nikol Paşinyanın bütün bu panik gedişləri ilə bağlı bəhsləri qəbul edirəm” – Aşotyan bəyan edib.



Levon Ter-Petrosyanın prezidentliyi dövründə Ermənistanın keçmiş milli təhlükəsizlik naziri olmuş, indi isə qarşıdakı seçkilərdə Respublikaçılar partiyasının namizəd siyahısına daxil edilən David Şahnazaryan isə mətbuat konfransı keçirərək bildirib ki, MTX-yə çağırılmasına rəğmən ora getməyib. Çünki xüsusi xidmət orqanlarının hazırkı əməkdaşları sadəcə baş nazirin əmrlərini icra etməklə məşğuldur. Onun sözlərinə görə, Paşinyanın özü “cinayətkar” statusunda ifadə verməlidir və verəcək: “Şübhəniz olmasın ki, Paşinyan da tezliklə dindirilməyə çağırılacaq. Özü də müttəhim statusunda. Bu, təhdid deyil, sizə vədimdir. Gün gələcək o da ifadə verəcək. Və onda artıq hüquq-mühafizə orqanları qanunsuzluqlara hüquqi qiymət verəcəklər”.

Xatırladaq ki, bu bazar Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti