Şəmkirdə daha bir yol qəzası: ölən var

Şəmkirdə daha bir yol qəzası: ölən var
  03 Noyabr 2013    Oxunub:1131
Şəmkir rayonunda axşam saatlarında bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon mərkəzi ilə Kür qəsəbəsi istiqamətində olan yolda qeydə alınıb. Gəncə şəhər sakini 23 yaşlı Ruzigar Cəbrayılov idarə etdiyi "Daewoo Nexia" markalı avtomobildə idarəetməni itirərək əvvəlcə yol kənarındakı ağaca, daha sonra evə çırpılıb. Nəticədə Ruzigar Cəbrayılov hadisə yerində dünyasının dəyişib, maşında olan sərnişin, Gəncə şəhər sakini 21 yaşlı Tural Səfərli isə yüngül bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Yaralıya ambulator yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti