Dünyanın ən nüfuzlu qadınları - Merkel yenə birincidir

 Dünyanın ən nüfuzlu qadınları -  Merkel yenə birincidir
  04 Dekabr 2018    Oxunub:4808
“Forbes” jurnalı dünyanın ən nüfuzlu qadınlarının siyahısını açıqlayıb.

Azvision.az xəbər verir ki, reytinq cədvəlinə Almaniya kansleri Angela Merkel liderlik edir. O, 8-ci ildir ki, birinciliyi qoruyur.
Dünyanın ikinci ən nüfuzlu qadını Böyük Britaniyanın baş naziri Tereza Mey, üçüncü isə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqarddır.

Sonrakı yerləri “General Motors” şirkətinin baş direktoru Meri Barra və “Fidelity Investments” şirkətinin prezidenti Ebiqeyl Conson tutur.

Azvision.az



Teqlər: Forbes   Merkel  





Xəbər lenti