Rus polis mayoru azərbaycanlını döyərək öldürdü - VİDEO

Rus polis mayoru azərbaycanlını döyərək öldürdü - VİDEO
  03 Noyabr 2013    Oxunub:1395
AzVision.az xəbər verir ki, Moskvada günün günorta çağında polis mayoru Azərbaycan vətəndaşını onlarla adamın gözü qarşısında döyərək öldürüb.
56 yaşlı İfraim Liviyevi döyərək öldürən rus millətindən olan polis mayoru, etdiyinə peşman deyil və dediyinə görə özünü qoruyurmuş.

Lakin şahidlərin dediyinə görə yaşlı adam olan İfraim Liviyev onu döyən adama heç bir müqavimət göstərməyib və hətta üzr belə istəyib.

Lakin gözünü qan örtmüş pəhləvan cüssəli rus polis mayoru onu döyməklə doymayaraq onun başını bir necə dəfə trotuarın səkisinə vurub.




Teqlər:  





Xəbər lenti