Putinin “təkərli sığınacağı”: Prezidentlər bu maşınlarda gəzirlər - FOTOLAR

  Putinin “təkərli sığınacağı”: Prezidentlər bu maşınlarda gəzirlər -  FOTOLAR
  03 Dekabr 2018    Oxunub:18173
Ötən həftə Buenos-Ayresdə keçirilən G20 sammitinə qatılan Rusiya prezidenti Vladimir Putin şəxsi avtomobilini özü ilə Argentinanın paytaxtına aparıb.
Azvision.az xəbər verir ki, Rusiya istehsalı “Aurus” limuzini avtomobil həvəskarlarının diqqətini çəkib. “Təkərli sığınacaq” adlandırılan xidməti maaşın Cənubi Amerika mediyasının da gündəmində olub.



G20 zirvəsinin sonunda Putin avtomobilinin yalnız özünün deyil, bəzi ərəb dostlarının da bəyəndiyini və onların belə avtomobil almaq istədiklərini söyləyib. Rusiyanın NAMİ Avtomabil İnstitutu tərəfindən istehsal edilən maşın raket və bombaya qarşı tam qorumanı təmin edir.

2019-cu ilin martında Cenevrədə təşkil olunacaq avtomobil sərgisində Rusiyanın “Aurus” limuzini izləyicilərə təqdim edəcək.

Azvision.az digər dövlət başçılarının xidməti maşınlarını təqdim edir:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Mercedes S600 Long


ABŞ prezidenti Donald Tramp - Cadillac One


Böyük Britaniya kraliçası II Elizabet (Elizabeth Alexandra Mary) - Bentley Limuzin


Böyük Britaniya Baş naziri Tereza Mey - Zırhlı Jaguar XJ


Çin Xalq Respublikasının prezidenti Şi Cinping - Hongqi Limuzin


Almaniya Kansleri Angela Merkel - Mercedes- Benz S600L


Yaponiya imperatoru Akihito - Toyota Century Royal


Fransa prezidenti Fransua Olland - Citroen DS5


Aytən Zəhra
Azvision.az


Teqlər: Putin   Maşın  





Xəbər lenti