Casusluqda ittiham olunan fələstinlilər edam olunacaq

Casusluqda ittiham olunan fələstinlilər edam olunacaq
  03 Dekabr 2018    Oxunub:3233
“Həmas”ın nəzarətində olan Qəzza zonasındakı Fələstin milli özünüidarə qurumunun hərbi məhkəməsi İsrailin xüsusi xidmət orqanlarına casusluq etməkdə ittiham olunan 6 Qəzza sakininə ölüm hökmü çıxarıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, eyni maddə ilə ittiham olunan digər 8 fələstinliyə qarşı isə daha yüngül hökm oxunub.

“Hərbi məhkəmə 14 fələstinlini düşmənin xeyrinə casusluq etməkdə təqsirli bilib və onlardan 6-sını ölüm cəsasına məhkum edib” – Qəzzadakı Fələstin milli hökumətinin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, Qəzza zonasına Fələstinin beynəlxalq birlik tərəfindən tanınan leqitim hökumətinin rəhbəri, prezident Mahmud Abbasın liderlik etdiyi Fələstin Azadlıq Təşkilatına müxalif olan və onun hakimiyyətini tanımayan "Həmas" hərəkatı nəzarət edir. Qəzzadakı 2 milyon fələstinli 2006-ci ildən etibarən israilin tətbiq etdiyi quru, hava və dəniz blokadası səbəbindən olduqca çətin şərtlər altında yaşayırlar.

Bundan əvvəl FAT Qəzzaya tətbiq edilmiş blokadanın yumşaldılması qarşılığında İsraillə birtərəfli saziş imzalamaq cəhdlərinin Fələstində milli birlik və barışığa zərər vurduğunu açıqlayıb. Onların fikrincə, “Həmas”ın imzalayacağı birtərəfli sülh Fələstin xalqına yeni zərbə, İsrailə isə hədiyyə olacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Qəzza   Fələstin   İsrail   Həmas  





Xəbər lenti