Bir gündə 2 ölü, 5 yaralı, 20 dustaq

Bir gündə 2 ölü, 5 yaralı, 20 dustaq
  02 Noyabr 2013    Oxunub:1970
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
AzVision.az xəbər verir ki, bu gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 58 cinayət faktından 21-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 4 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 20 nəfər tutulub.


Teqlər:  





Xəbər lenti