Səudiyyə Türkiyəyə qarşı PKK-nı maliyyələşdirəcək

Səudiyyə Türkiyəyə qarşı PKK-nı maliyyələşdirəcək
  01 Dekabr 2018    Oxunub:5117
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-ın PYD/PKK terrorçu qruplaşmalarını qorumaq üçün Suriyanın Türkiyə ilə sərhəddində quracağı 12 müşahidə məntəqəsinin sponsoru olacaqlar.
Azvision.az “Haberturk”ə istinadən xəbər verir ki, iki ölkənin nümayəndələri Suriyanın şimalındakı Hasəkə, Əyn əl-Ərəb, Menbiç, Təl Abyad və Rəsul Ayn bölgələrinə səfər edərək Türkiyə ilə sərhəddə inşa ediləcək 12 müşahidə məntəqəsilə bağlı PKK üzvlərindən informasiya toplayıb.

Həmçinin, Səudiyyənin Yaxın Şərq siyasətinə cavabdeh naziri Samir Sebhanın rəhbərlik etdiyi Səudiyyə-BƏƏ nümayəndə heyəti Hasəkədə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Brett MakQurkla ilə də görüşüb.

Qeyd olunur ki, görüşdə Suriya-Türkiyə sərhəddi boyu “sərhəd mühafizəçiləri” adı altında yaradılacaq 30 min nəfərlik terror qruplaşmasının maaşları, təlimi, silah və hərbi sursat anbarı ilə bağlı xərclərinin Səudiyyə və BƏƏ tərəfindən qarşılanması barədə razılıq əldə olunub. Eyni zamanda, rəsmi Ər-Riyadla Əbu-Dabi Türkiyə ilə sərhəddə qurulacaq 12 müşahidə məntəqəsinin də sponsoru olacaqlar.

O da bildirilir ki, Səudiyyə və BƏƏ Suriyada ABŞ-a dəstək üçün öz əsgərlərini də göndəriblər və artıq onlar Deyr əz-Zor bölgəsindəki əməliyyatlarda iştirak edərkən görüntüləniblər.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Səudiyyə   Türkiyə   ABŞ   Suriya  





Xəbər lenti