Rusiyada qatar qəzası: 21 vaqon aşdı

Rusiyada qatar qəzası:  21 vaqon aşdı
  01 Dekabr 2018    Oxunub:5793
Rusiyada Omsk vilayətində Sverdlovsk dəmir yolunun 537-ci km-də yük qatarları relsdən çıxıb.
Azvision.az "TASS"-a istinadən xəbər verir ki, nəticədə 71 vaqon relsdən çıxıb, 50-si relslərin üzərində qalıb, 21 vaqon isə aşıb.

Qeyd olunub ki, beş vaqon mazut daşıyan sistern olub. Qəza nəticəsində ölən və yaralananan olmayıb. Faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Rusiya   Vaqon  





Xəbər lenti