Azərbaycanın 5 idmançısında dopinq aşkar edildi

Azərbaycanın 5 idmançısında dopinq aşkar edildi
  01 Dekabr 2018    Oxunub:12056
Azərbaycanın 5 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb.
Azvision.az xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında yer alan məlumata əsaəsn, güləşçilər Azər Hüseynov, Cavid Feyziyev, boksçu Nəbi Əbdüləzimov, atlet Zaman Pirverdiyev və velosipedçi Osman Qəhrəmanov dopinq-testdən keçə bilməyib.

İdmançılardan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun Metabolit, yaxud Markerlərinin mövcudluğu təsbit edilib.

N.Əbdüləzimovun orqanizmindən furosemid maddəsi tapılıb. O, 18 ay müddətinə diskvalifikasiya olunub. Cəza bu il yanvarın 18-dən qüvvəyə minib, 30 iyul 2019-cu ildə bitəcək.

O.Qəhrəmanovdan meldonium və tuaminoheptan üzə çıxıb və o, 12 iyul 2017-ci ildən etibarən 24 aylıq - 12 iyul 2019-cu ilədək cəzalandırılıb.

Orqanizmindəə meldonium aşkarlanan Z.Piriverdiyev bu ilin martın 6-dan 42 aylıq - 6 sentyabr 2021-ci ilədək diskvalifikasiyaya məruz qalıb.

A.Hüseynov metasteron və drostanolon, C.Feyziyev stanozolol qəbul edib. Hər iki güləşçi bu il yanvarın 18-dən 2022-ci il yanvarın 18-dək 48 aylıq cəzalandırılıb.

Qeyd edək ki, AMADA fəaliyyətə başladığı iki il ərzində dopinq-testdən keçə bilməyən 36 idmançını cəzalandırıb.

Azvision.az


Teqlər: Dopinq  





Xəbər lenti