Ağır atletika üzrə ölkə kuboku başa çatıb

Ağır atletika üzrə ölkə kuboku başa çatıb
  01 Dekabr 2018    Oxunub:11652
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb.
Azərbaycan Ağır Atletika Federasiyasından Azvision.az-a verilən məlumata görə, körpücük üzərinə son olaraq 89, 96, 102, 109 və +109 kq çəki dərəcələrində mübarizə aparan kişilər çıxıb.

Bu çəkilərdə müvafiq olaraq Ceyhun Tağızadə, Nailxan Nəbiyev, Əliş Nəzərov, İsmayıl Qurbanov və Həsənbəy Həsənzadə qızıl medala sahib çıxaraq Azərbaycan Kubokunun qalibi adını qazanıblar.

Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayıb. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Azvision.az



Teqlər: Atletika  





Xəbər lenti