Bakının Saakyanla bağlı etirazına Rusiyadan münasibət

Bakının Saakyanla bağlı etirazına Rusiyadan münasibət
  30 Noyabr 2018    Oxunub:4238
Rusiya Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Moskvaya səfərini şəxsi səfər kimi baxır.

Azvision.az xəbər verir ki, bunu Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, bu səfər başqa cür dəyərləndirilə bilməz:
"Onun statusu göz qabağındadır. Saakyanın Rusiya səfəri nə qanunvericiliyə, nə mövcud beynəlxalq razılaşmalara, nə də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vasitəçilik missiyasına ziddir. Bizim nöqteyi-nəzərimizdən Azərbaycan tərəfindən Rusiyaya qarşı irəli sürülən iradlar əsassızdır".

Azvision.az



Teqlər: Rusiya   XİN   Qarabağ  





Xəbər lenti