Qarant ölkələrdən İdlib bəyanatı

Qarant ölkələrdən İdlib bəyanatı
  29 Noyabr 2018    Oxunub:3428
Rusiya, İran və Türkiyə Suriyanın İdlib bölgəsindəki vəziyyətdən və atəşkəsin pozulmasından narahatdırlar.
Azvision.az xəbər verir ki, bu barədə Suriyada atəşkəsə qarant 3 ölkə - Rusiya, İran və Türkiyənin Suriyada siyasi nizamlama üzrə Astanada keçirdikləri görüşün yekununa dair yaydıqları birgə bəyanatda bildirilib.

“Biz döyüş fəaliyyətlərinin dayandırlıması rejiminin davamlı şəkildə pozulması hallarından narahat olduğumuzu ifadə edir və bəyan edirik ki, atəşkəsə qarant ölkələr kimi İran-Rusiya-Türkiyə birgə koordinasiya mərkəzinin işinin yaxşılaşdırılması yolu da daxil olmaqla, Suriyada atəşkəsə riayət edilməsi üzrə səylərimizi artıracağıq” – bəyanatda vurğulanıb.

Sənəddə qeyd olunub ki, İdlibdəki təhlükəsizlik zonası Suriyanın suverenliyini pozmamalıdır. Suriyada siyasi nizamlanma üzrə Astanada növbəti beynəlxalq görüşün 2019-cu il fevralın əvvəlində keçiriləcəyi bildirilib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Astana   Suriya   İdlib  





Xəbər lenti