Gürcüstan MSK: Seçicilərin 56,23 faizi səs verib

 Gürcüstan MSK:  Seçicilərin 56,23 faizi səs verib
  29 Noyabr 2018    Oxunub:4180
Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda seçici fəallığı 56,23 faiz olub.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze məlumat verib.

MSK rəsmisi bildirib ki, səsvermədə 1 milyon 975 min 845 seçici iştirak edib. Onun sözlərinə görə, bura xarici ölkələrdəki seçicilərin sayı daxil deyil.

Qeyd edək ki, xarici ölkələrdəki səfirliklərdə və konsulluq şöbələrində yaradılan seçki məntəqələri yerli vaxtla saat 24:00-dək fəaliyyət göstərəcək.

Azvision.az



Teqlər: Seçki   Gürcüstan  





Xəbər lenti