Saakaşvilinin qardaşına atəş açdılar - Seçkidə silahlı insident

Saakaşvilinin qardaşına atəş açdılar -  Seçkidə silahlı insident
  29 Noyabr 2018    Oxunub:5155
Gürcüstanda prezident seçkiləri zamanı silahlı insident baş verib.
Azvision.az “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, hadisə Kaxeti bölgəsində qeydə alınıb. Belə ki, keçmiş prezident Mixail Saakaşvilinin qardaşı David Saakaşvili seçki məntəqəsinə yaxınlaşarkən naməlum şəxslər avtomobildən ona atəş açıb, daha sonra hadisə yerindən uzaqlaşıblar.

Məlumatı daxili işlər nazirinin müavini Natia Mezvrişvili təsdiqləyib. Bildirib ki, faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Gürcüstan   Seçki   İnsident  





Xəbər lenti