“Qarabağ" - "Sportinq" oyununa nə qədər bilet satılıb?

“Qarabağ" - "Sportinq" oyununa nə qədər bilet satılıb?
  28 Noyabr 2018    Oxunub:11352
“Qarabağ" - "Sportinq" oyununa 10 mindən artıq bilet satılıb.
Bunu Azvision.az-a "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Klub rəsmisi bildirib ki, hazırda bilet satışı davam edir.

Qeyd edək ki, biletin qiymətləri: 2, 5, 10, 15 və 50 (VİP) AZN-dir. “Qarabağ” FK (Fan-Şop), Gənclik Mall, 28 Mall, ASAN Xidmət (1,2, 3, 4 və Sumqayıt), İticket satış məntəqələrindən əldə edə bilərsiz.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Qarabağ   Klub   Bilet  





Xəbər lenti