“Azarkeşləri sevindirməyə çalışacağıq” - Qurban Qurbanov

 “Azarkeşləri sevindirməyə çalışacağıq” -  Qurban Qurbanov
  28 Noyabr 2018    Oxunub:10652
"Avropa Liqasında son ev oyununa çıxırıq. Çox istərdik ki, görüşü qələbə ilə başa vuraq".
Azvision.az xəbər verir ki, bunu "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov "Sportinq"lə oyundan öncə keçirilən mətbuat konfransında deyib. Baş məşqçi bildirib ki, istənilən halda, azarkeşləri sevindirməyə çalışacaqlar.

"Rəqib komandanda baş məşqçi dəyişikliyi olub, bu da hər zaman oyuna müsbət təsir edir" -, deyə Q.Qurbanov vurğulayıb.

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" oyunu saat 21:55-də başlayacaq.

Azvision.az



Teqlər: Qurban-Qurbanov   Qarabağ  





Xəbər lenti