Gürcüstandakı seçkidə nöqsanlar aşkar edilib
Mikeladze bildirib ki, səsvermə zamanı seçki məntəqələrindəki işçilər seçicilərdən özləri haqqında məlumat vermələrini istəyiblər. Bu isə qanuna ziddir.
MSK rəsmisi əlavə edib ki, səsvermənin ilk 2 saatı ərzində seçici fəallığı 7,26% təşkil edib. Onun sözlərinə görə, bu, birinci turda və ötən ilki göstəricidən çoxdur.
Qeyd edək ki, Gürcüstanda 28 oktyabrda keçirilən prezident seçkilərində namizədlərdən heç biri qələbə qazanmaq üçün lazım olan 50 faizdən çox baryeri keçə bilməyib. Bu səbəbdən də, bu gün seçkilərin ikinci turunda Gürcüstan xalqı növbəti 6 il ərzində ölkəni idarə edəcək prezidentini seçmək üçün yenidən səsverməyə gedir. Gürcülər prezident postu uğrunda mübarizə aparan iki əsas namizəddən birini seçməlidirlər. Onlardan biri Gürcüstanın keçmiş xarici işlər naziri, hakim “Gürcüstan arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili, digəri isə “Güc birlikdədir” blokundan olan müxalif namizəd, eks-prezident Mixail Saakaşvilinin sabiq silahdaşı Qriqol Vaşadzedir.
Bu dəfəki seçkilər xalqın birbaşa səsverməsi yolu ilə keçirilən son seçkilərdir. 2023-cü ildən etibarən Gürcüstan prezidentini xalq yox, 300 nəfərdən ibarət xüsusi nümayəndələr seçəcək.
Leyla Elbrusqızı
Azvision.az