Gürcüstan yeni prezidentini seçir - İkinci tur

Gürcüstan yeni prezidentini seçir -  İkinci tur
  28 Noyabr 2018    Oxunub:4763
Gürcüstanda prezident seçkilərinin ikinci turuna start verilib.
Azvision.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb. Ölkə üzrə 3703 və xarici ölkələrdə 55 seçki məntəqəsi yaradılıb. Seçicilərin ümumi sayı 3 milyon 528 min 658 nəfərdir.

Gürcüstanda prezident postu uğrunda iki əsas namizəd mübarizə aparır. Bunlar hakim “Gürcü Arzusu -Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və müxalifətin namizədi Qriqol Vaşadzedir.

Azvision.az



Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti