Çin dünyada ilk sualtı kosmik baza yaradır

Çin dünyada ilk sualtı kosmik baza yaradır
  26 Noyabr 2018    Oxunub:3699
Çin dünyada ilk dərin sualtı baza yaradılmasına hazırlaşır. Bunun üçün Çin Elmlər Akademiyasının alimləri artıq bazanın planı üzərində işləyirlər.
Azvision.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti yazıb. Qeyd olunur ki, baza Cənubi-Çin dənizinin dibində qurulacaq və kosmik stansiya tipli havakeçirməz bölmələrdən, həmçinin, ən dərin qatlarda tədqiqatların aparılması üçün sualtı aparatlardan ibarət olacaq.

Qədim yunan mifologiyasında yeraltı ölülər diyarının tanrısının şərəfinə “Aid” adlandırılacaq bazanın tikilməsi üçün Çin hökuməti 160 milyon dollar ayırıb. Onun dərinliyi 5400 metrə çatan Manila çökəkliyində yerləşdiriləcəyi ehtimal olunur.

Qəzetin məlumatına əsasən, yaradılacaq baza sayəsində dəniz dibinin öyrənilməsi üçün tədqiqatlar aparılacaq, təbii sərvətlər və minerallar barədə əlavə informasiyalar əldə olunacaq. Layihənin tam və qüsursuz reallaşması üçün Çin hökuməti dəniz dibində suyun yüksək təzyiqinə tab gətirə biləcək yeni material və avadanlıqlar, süni intellektli texnologiyalar hazırlayacaq.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Çin   Cənubi-Çindənizi  





Xəbər lenti