Polo üzrə millimizin növbəti rəqibi ABŞ-dır - FOTOLAR

Polo üzrə millimizin növbəti rəqibi ABŞ-dır -  FOTOLAR
  26 Noyabr 2018    Oxunub:10970
Azərbaycanın qədim atçılıq tarixinin və mədəniyyətinin bütün dünyaya tanıdılmasında mühüm rol oynayan Polo üzrə milli yığ-mamız dünya atçılıq arenalarındakı möhtəşəm və tamaşaçılara gərgin yarış həyəcanı yaşadan çıxışlarını davam etdirir.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından Azvision.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən də atçılığın inkişafına xüsusi önəm və dəstək verməsi sayəsində polo üzrə milli komandamız bir neçə il öncə ən xoş xəyallarda belə təsəvvür edilməyən nailiyyətlər əldə edib.



Ümumiyyətlə 2018-ci il Polo üzrə milli yığmamız üçün xüsusilə məhsuldar olmuş, idmançılarımız dünya atçılıq idmanı mütəxəs-sislərini və fanatlarını təəccübləndirərək idman mövsümünün ən gözlənilməz uğurlarına imza atıblar. Yanvar ayında İsveçrənin Sankt-Moritz şəhərində keçirilən Qar Polosu üzrə Dünya Kubokunda komandamızın qar üzərində ilk dəfə polo oynama-sına baxmayaraq 3-cü nəticə göstərməsi əksər mütəxəssislər tərəfindən bir təsadüf kimi qarşılanmışdısa, iyun ayında Bakıda təşkil olunmuş Arena Polo üzrə Dünya Kuboku turnirində və sentyabr ayında İtaliyanın Siyene şəhərində Avropa çempiona-tında gümüş medallara sahib çıxmağımız niyyətlərimizin ciddiliyini və Azərbaycan komandası ilə istənilən rəqibin hesablaşmalı olmasını bütün dünyaya sübut etdi.



Beləliklə də, atçılıq dünyasının ən mötəbər yarış meydanlarını fəth etmək uğrunda Polo üzrə milli yığmamızın mübarizlik savaşının növbəti meydanı Amerika Birləşmiş Ştatlarının Florida ştatı olub. Burada “Grand Champions Polo Club”da təşkil olunmuş Polo üzrə Beynəlxaq Kubok turnirinin finalında Azərbay-can milli yığması turnirin ev sahibi - son 6 il ərzində ardıcıl olaraq İngiltərə, Çili, Meksika, Cənubi Afrika, Urugvay və Brazilya komandalarını məğlub edərək turnirdə qələbə qazanmış ABŞ yığması ilə qarşılaşıb.



İtaliyadakı çempionat zamanı Azərbaycan millisinin oyunlarını diqqətlə izləyən ABŞ idman mətbuatı və sosial mediası ABŞ-nın HBO telekanalının istehsal etdiyi, Amerikada son dərəcə populyar olmaqla ölkəmizdə də böyük fanat kütləsinə malik olan “Taxtların oyunu” teleserialı, həmçinin məşhur Amerika yazıçısı Corc Martin tərəfindən yazılan və bu teleserialın əsasını təşkil edən “Buz və Alovun nəğməsi” əsəri ilə paralellər apararaq milli komandamızın “Odlar və buzlar diyarı” olan Azərbaycanı təmsil etməklə ABŞ yığması üçün ciddi rəqib olacağını əvvəlcədən proqnozlaşdırıblar.



24 noyabr tarixində baş tutan final oyunu xüsusilə həyəcanverici hisslər və ehtiras coşqusu ilə yadda qaldı. “PAŞA Sığorta” ASC-nin sponsorluq etdiyi milli yığmamızın baş məşçisi Namiq Orucovun qərarı ilə komandanın start heyətinə Elçin Camallı, Amil Namazov, Andres (LaLA) Laplacette, Adrian Laplacette və Rəşad Həsənov daxil ediliblər. Oyun prosesində ABŞ komandası qarşısında komandamız yüksək əzmkarlıq və mübarizlik nümayiş etdirdi. Lakin son dəqiqələrdə Elçin Camallı və Amil Namazovun vurduğu möhtəşəm qollara baxmayaraq ABŞ 9:7 hesabı ilə qalib gələrək yenidən Kubokun sahibi oldu. Milli yığmamız isə 2-ci yerdə qərarlaşdı.



Final oyunundan sonra adətən rəqibin çıxışını müsbət dəyərlən-dirməyə meylli olmayan ABŞ idman mediası və təşkilatçılar tərəfindən idmançılarımızın oyununa yüksək qiymət verilməsi də kifayət qədər önəmli olub: “Belə ki, məsələn, ABŞ-nın Polo assosiasiyasının “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi yazıda deyilir: “Bu möhtəşəm bir qarşılaşma idi və Azərbaycan komandası olduqca yaxşı oynadı!”. Eyni zamanda Amerika polosunun canlı əfsanələrindən və turnirin təşkilatçılarından olan Melissa Qanzi (Melissa Ganzi) öz “Twitter” səhifəsində Azərbaycan idmançılarına mübariz oyuna görə minnətdarlığını ifadə etmiş və bu görüşün böyük şərəf olmasını bildirib. Amerika Birləşmiş Ştatlarında üçrəngli bayrağımızı ucaltmış idmançılarımızın hər birinə, peşəkar məşqçi heyətimizə və komandamıza dəstək olmaq üçün ABŞ-ın Florida ştatına gəlib fanatlarımıza dərin təşəkkürümüzü bildirir, milli yığmamıza gələcəkdə daha yüksək zirvələrin fəth edilməsini arzulayırıq!”

Azvision.az


Teqlər: Polo   Azərbaycan   ABŞ  





Xəbər lenti