“Taliban” əfqan ordusuna hücum etdi – 22 ölü

 “Taliban” əfqan ordusuna hücum etdi –  22 ölü
  26 Noyabr 2018    Oxunub:3533
“Taliban” silahlı hərəkatının Əfqanıstan Silahlı Qüvvələrinə məxsus hərbi karvana hücumu nəticəsində 22 əfqan polisi həyatını itirib, 5 nəfər yaralanıb.
Azvision.az “Pajhwok” agentliyinə istinadən xəbər verir ki, insident Əfqanıstanın qərbindəki Farah əyalətində baş verib.

“Taliban” hərəkatı Şeyx Məhəmməd Ömərın başçılığı ilə 1994-cü ildə Qəndahar şəhərindəki mədrəsədə formalaşdırılıb. 1996-2001-cü illərdə Əfqanıstanda hakimiyyəti ələ keçirib və ölkənin adını “Əfqanıstan İslam Əmirliyi”nə dəyişib. O zaman “Taliban”ın Əfqanıstandakı hakimiyyətini yalnız 3 ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə ərəbistanı və Pakistan tanıyıb. 2004-cü ildən isə Pakistanın şimalındakı Vəziristan əyalətini idarə edir.

Silahlı qruplaşmaya çevrilən “Taliban” hərəkatı Əfqanıstanın islam bayrağı altında birləşməsini, ölkənin şəriət qaydalarilə idarə olunmasını tələb edir. Digər dinlərə qarşı amansız mövqe sərgiləyir. 2003-cü ildən “Taliban” hərəkatı BMT Təhlükəszilik Şurası tərəfindən terror təşkilatı kimi tanınır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Taliban   Əfqanıstan  





Xəbər lenti