“Sumqayıt” Türkiyəyə yollanır

  25 Noyabr 2018    Oxunub : 9267
“Sumqayıt” Türkiyəyə yollanır
“Sumqayıt” futbol komandası çempionatın üçüncü dövrəsinə hazırlığın ikinci mərhələsini yanvarın 13-dən 27-dək Türkiyədə davam etdirəcək.
Klubun mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, “gənclik şəhəri”nin təmsilçisi Topaz Premyer Liqasındakı fasilə zamanı yanvarın 13-də Türkiyəyə yollanacaq.

İki həftəlik təlim-məşq toplanışı Antalyanın Bələk bölgəsində təşkil olunacaq. Komanda “IC Santai Belek” otelində məskunlaşacaq.

Azvision.az

Teqlər: Sumqayıt