Əfqanıstanda daha bir ABŞ hərbçisi öldürülüb

Əfqanıstanda daha bir ABŞ hərbçisi öldürülüb
  24 Noyabr 2018    Oxunub:4343
Bu gün Əfqanıstanda xidmət keçən amerikalı hərbçi öldürülüb. Bununla da, cari il ərzində Əfqanıstanda ölən ABŞ hərbçilərinin sayı 8-ə çatıb.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi Qətiyyətli Dəstək Missiyasının mətbuat katibi Debra Riçardsonun yaydığı bəyanatda deyilib. Lakin bildirilib ki, öldürülən hərbçinin kimliyi və insidentin detalları barədə daha sonra məlumat veriləcək.

Pentaqonun rəsmi mləumatına görə, hazırda Əfqanıstanda 14 min amerikalı hərbçisi xidmət keçir. Onların başlıca vəzifəsi “Taliban” silahlı hərəkatı ilə döyüşlərdə Əfqanıstan ordusunu istiqamətləndirmək və kömək etməkdir.

Qeyd edək ki, Əfqanıstandakı 17 il sürən müharibələrdə ABŞ indiyədək 2400-dən çox hərbçisini itirib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Taliban   Əfqanıstan   ABŞ  





Xəbər lenti