Güləşçilərimiz beynəlxalq turnirdə 5 medal qazanıb

Güləşçilərimiz beynəlxalq turnirdə 5 medal qazanıb
  23 Noyabr 2018    Oxunub:9916
İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilər arasında keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları beş medal qazanıblar.
Azərbaycan Güləş Federasiyasından Azvision.az-a verilən məlumata görə, komanda yarışında ölkəmizi böyük məşqçi Namiq Quliyevin və məşqçi Mehman Nəcəfovun rəhbərliyi ilə Ruslan Abdullayev (38 kq), Emin Qocayev, Abdul Abdullayev (hər ikisi 41 kq), Mahir Məmmədov (44 kq), Ramik Heybətov, Nurəddin Novruzov (hər ikisi 48 kq), Ağanəzər Novruzov (52 kq), Məhəmmədəli Quliyev (57 kq), Namus Orucov (62 kq), Səttərxan Allahverdili (68 kq), Varis Mehdizadə (75 kq) və Xəlil Allahverdiyev (85 kq) təmsil ediblər.

Qrupda “İran-1” komandasına 3:7 hesabı ilə uduzan millimiz eyni hesabla Ermənistan yığmasına qalib gəlib. Bu nəticə ilə qrupda ikinci yeri tutan komandamız “İran-2” kollektivinə qalib gələrək (7:3) bürünc medala sahib olub.

Fərdi birincilikdə Ruslan Abdullayev (38 kq), Ramik Heybətov (48 kq) və Məhəmmədəli Quliyev (57 kq) qızıl medal qazanıblar. Mahir Məmmədov (44 kq) isə gümüş medalla kifayətlənib.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edib.

Azvision.az



Teqlər: AGF  





Xəbər lenti