Parlamentdə futbol oynayan deputatlara töhmət verildi - VİDEO

Parlamentdə futbol oynayan deputatlara töhmət verildi -  VİDEO
  22 Noyabr 2018    Oxunub:5954
Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Con Berkou aşağı palatanın iclas zalında futbol oynayan qadın deputatlara töhmət verib.

Azvision.az “Daily Mail”ə istinadən xəbər verir ki, 5 deputat parlamentarilərin qadınlardan ibarət futbol komandası üçün oynamalı idilər.
Lakin futbol matçının vaxtı parlamentdəki səsvermə ilə üst-üstə düşdüyündən oyun ləğv edilib. Bununla belə, spiker Berkou qadın deputatlara futbol geyimində parlamentin iclas zalında şəkil çəkdirməyə icazə verib. Lakin fotosessiyadan sonra deputatlar video da çəkmək qərarına gəliblər. Onların bu davranışı spikerin qəzəbinə səbəb olub. Çünki videoda Şotlandiya Milli Partiyasının üzvü Hanna Bardell futbol topunu çiləyib və üstəlik, bu videonu sosial şəbəkədə yerləşdirib. Spiker deputatların bu davranışını etik baxımdan qəbuledilməz adlandırıb.

“Hesab edirəm ki, bütün İcmalar Palatası adından çıxış edərək deyə bilərəm ki, bizim parlamentimizin tarixi zalı bu tip fəaliyyətlər üçün istifadə olunmamalıdır. Həmkarlarıma xəbərdarlıq edirəm ki, əgər söhbət qonaqların ekskursiyasından getmirsə, iclasın olmadığı boş vaxtlarda zaldan istifadə planları barədə məni əvvəlcədən məlumatlandırsınlar”, – deyə parlamentin spikeri vurğulayıb.

Con Berkou onu da bildirib ki, zalda futbol oynayan deputatların hər biri daha sonra bu cür video çəkilişə və qeyri-etik davranışlarına görə üzr istəyiblər.



Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Britaniya   Parlament  





Xəbər lenti