Aprel döyüşçüləri Paşinyanın iqamətgahı önündə etiraz etdilər

 Aprel döyüşçüləri Paşinyanın iqamətgahı önündə etiraz etdilər
  22 Noyabr 2018    Oxunub:3472
Ermənistanda 2016-cı ilin aprel döyüşlərinin bir qrup iştirakçısı etiraz aksiyası keçirib.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar İrəvanda hökumət binasının qarşısında toplaşıblar.
Onlar üzləşdikləri problemlərin həll olunmamasından, sosial vəziyyətin ağırlığından şikayətləniblər.

Etirazçı kütlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyandan verilən vədlərə əməl olunmasını, onlara yardım edilməsini tələb ediblər. Əraziyə cəlb olunan polis əməkdaşları aksiyanın qarşısını almağa çalışıb.

Azvision.az




Teqlər:





Xəbər lenti