Bakıda partlayış

Bakıda partlayış
  01 Noyabr 2013    Oxunub:1174
Bakıda yanğınla nəticələnən partlayış baş verib, xəsarət alan var.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzildə (mənzildə təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində mənzilin dəhlizinin döşəməsi və təmirə aid olan materiallar 8 kv.m sahədə yanıb, mənzilin pəncərələri çərçivədən çıxıb.

Yanğın zamanı mənzildə usta işləyən vətəndaş əl nahiyəsindən yanıq xəsarətləri almış və təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıb.


Teqlər:





Xəbər lenti