Sürücülərin diqqətinə - bu yollardan istifadə etməyin - SİYAHI

Sürücülərin diqqətinə - bu yollardan istifadə etməyin - SİYAHI
  01 Noyabr 2013    Oxunub:1149
Bu gün öz işinə başlayan və iki gün davam edəcək III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
AzVision.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, tədbirə çoxsaylı iştirakçıların qatılması səbəbindən Neftçilər prospekti, Üzeyir Hacıbəyov, Yusif Səfərov, Zərifə Əliyeva, Koroğlu Rəhimov, Bakıxanov küçələri, Heydər Əliyev prospekti, Mikayıl Müşfiq küçəsi və Xətai prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərdən şəxsi nəqliyyat vasitələrdən az istifadə etmələrini, alternativ yollara üstünlük vermələrini, əsasən ictimai nəqliyyat vasitələrindən istifadə etmələrini xahiş edir. Məhdudiyyətlər Forum keçirilən müddəti əhatə edəcək.


Teqlər:  





Xəbər lenti