Kosovo - Azərbaycan oyunu: Heyətlər açıqlandı

Kosovo - Azərbaycan oyunu:  Heyətlər açıqlandı
  21 Noyabr 2018    Oxunub:11479
Bu gün Bakı vaxtı ilə saat 23:45-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununa çıxacaq.
D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi səfərdə Kosovo yığması ilə qarşılaşacaq. Priştinadakı “Fadil Vokrri” stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.

Azərbaycan millisinin heyətində meydana Səlahət Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Araz Abdullayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Mahir Mədətov, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxacaqlar.

Kosovo yığmasının start heyətində isə Samir Aykani, Fidan Aliti, Xerolind Şala, Xekuran Kriyeziu, Bersant Celina, Arber Zeneli, Amir Raxmani, Merqrim Voyvoda, Vedat Murici, Leart Pacarada və Edon Jeqrova yer alıblar.

Azvision.az



Teqlər:





Xəbər lenti