"Kosovo ilə görüş çox vacibdir” - Rüfət Dadaşov

"Kosovo ilə görüş çox vacibdir” -  Rüfət Dadaşov
  19 Noyabr 2018    Oxunub:10363
"Çox qaynar bir deul olacaq. Kosovo çox güclü komandadır, yaxşı oyunçuları var. "Şalke”nin sabiq futbolçusu Donis Avdiyay da rəqibimizin heyətindədir. Ancaq biz də çox inamlı mübarizə aparacağıq”.
Azvision.az-ın məlumatına görə, bunu Almaniyanın "Bild” qəzetinə açıqlamasında millimizin hücumçuu Rüfət Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Kosovoya qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.

O, Farer adaları ilə Bakıda keçirilən oyunun 78-ci dəqiqəsində əvəzlənməsi məsələsinə də münasibət bildirib:

"Matçın əvvəlində sarı vərəqə almışdım. Ona görə də baş məşqçi riskə getmək istəmədi. Çünki Kosovo ilə görüş bizim üçün çox vacibdir” -, deyə R.Dadaşov vurğulayıb.

Azvision.az



Teqlər: Futbol   Yığma  





Xəbər lenti