Kaliforniyadakı yanğınlarda ölü sayı artıb, min nəfər itkin düşüb

Kaliforniyadakı yanğınlarda ölü sayı artıb,  min nəfər itkin düşüb
  17 Noyabr 2018    Oxunub:3279
ABŞ-ın Kaliforniya ştatındakı meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 71 nəfərə çatıb. Min nəfərdən çox insan isə itkin düşüb.
Azvision.az xəbər verir ki, bu barədə Amerikanın “NBC News” telekanalı yerli hakimiyyətə istinadən məlumat yayıb. Qeyd olunur ki, hazırda meşə yanğınlarının sahəsi bir qədər də genişlənərək 59 min hektar ərazini əhatə edir.

Bundan əvvəl təbii fəlakət nəticəsində ölənlərin sayının 63, itkin düşənlərin isə 600-dən çox olduğu bildirilirdi.

Xatırladaq ki, Kaliforniyada meşə yanğınları 8 noyabrdan başlayıb və indiyədək ştat tarixində ən böyük yanğına çevrilib. Təbii fəlakət artıq 8800-dən çox infrastrukturu dağıdıb, 52 mindən çox insan təxliyə olunub. 250 min sakin isə öz evini tərk etmək məcburiyyətində qalıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Kaliforniya   ABŞ  





Xəbər lenti