İrəvanda etiraz: Nazirin istefası tələb olunur - (FOTO)

 İrəvanda etiraz:  Nazirin istefası tələb olunur -  (FOTO)
  15 Noyabr 2018    Oxunub:2792
İrəvanda Ermənistan hökumətinin binası qarşısında tələbə və gənclər etiraz aksiyası keçirirlər.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, etirazçılar Ermənistanın elm və təhsil naziri səlahiyyətlərini icra edən Araik Arutyunyan və onun müavini Ovannes Ovannisyanın istefasını tələb edirlər.
Belə ki, aksiyaçılar elmin inkişafı üzrə konkret və dəqiq yanaşmaların olmamasından şikayətlənirlər. Etirazçılardan biri – Ermənistan Milli Elmlər Akademiyasının Üzvi Kimya İnstitutunun nümayəndəsi bildirib ki, aksiya iştirakçıları öz tələblərinin əks olunduğu məktub hazırlayıblar və hökumətə ünvanlayacaqlar. Onun sözlərinə görə, Təhsil Nazirliyi onların rəyini soruşmadan və əsas gətirmədən İnstituta məxsus 5 korpusdan 2-ni əllərindən almaq istəyir.

“Biz təhsil sahəsində mövcud problemləri də əvvəllər də qaldırmışıq. Lakin yeni hökumət də elə özündən əvvəlkilərin tərzində işləyir”, – etirazçılar bəyan edib.





Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti