Kaliforniyada yanğın qurbanlarının sayı 50-yə çatıb

 Kaliforniyada yanğın qurbanlarının sayı 50-yə çatıb
  15 Noyabr 2018    Oxunub:2952
ABŞ-ın Kaliforniya ştatındakı meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 50 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın yanğınsöndürmə departamenti məlumat yayıb.

Bildirilib ki, hazırda 52,6 min hektar sahəyə yayılan yanğın 8 mindən çox evi və tikilini külə döndərib. Təbii fəlakətlə mübarizəyə 5,6 min nəfər cəlb olunub.

Azvision.az



Teqlər: Kaliforniya   Meşə   Yanğın  





Xəbər lenti