“Libermanın istefası məğlubiyyətin etirafıdır” - “Həmas”

“Libermanın istefası məğlubiyyətin etirafıdır” -  “Həmas”
  14 Noyabr 2018    Oxunub:3231
Fələstinlilərin “Həmas” silahlı hərəkatı İsrailin müdafiə naziri Aviqdor Libermanın istefasına münasibət bildirib.

Azvision.az Fələstinin “SAFA” agentliyinə istinadən xəbər verir ki, “Həmas”ın nümayəndəsi Əbu Zuhri məsələ ilə bağlı bəyanat yayıb. O, bildirib ki, Libermanın istefası İsrailin məğlubiyyətinin etirafıdır.
“Libermanın istefası İsrailin məğlubiyyətinin və Fələstinin müqavimətinə qarşı çıxa bilməmələrinin etirafıdır”, – deyə Zuhri vurğulayıb.

Agentlik isə əlavə edib ki, Libermanın istefası həm də Qəzzanın siyasi qələbəsidir.

Xatırladaq ki, İsrailin müdafiə naziri Aviqdor Liberman bu günlərdə Qəzza zonasında İsrail ordusu ilə “Həmas” arasında baş verən irimiqyaslı toqquşmadan sonra dünən Misirin vasitəçiliyi ilə "Həmas"la atəşkəs barədə əldə olunan razılığa etiraz olaraq vəzifəsindən istefa verib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Həmas   Fələstin   İsrail  





Xəbər lenti