Liviyada neft gəlirləri uğrunda mübarizə gedir - BMT

 Liviyada neft gəlirləri uğrunda mübarizə gedir -  BMT
  12 Noyabr 2018    Oxunub:3163
Liviyada sona çatmaq bilməyən münaqişə ilk növbədə, neft ixracından əldə olunan gəlirlər uğrunda mübarizə ilə əlaqədardır və ölkədə bu cür vəziyyətin davam etməsi çoxlarına sərf edir. Çünki onların qanunsuz şəkildə varlanmalarına imkan yaranır.
Azvision.az xəbər verir ki, BMT baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Həsən Salami bu gün Misirin “Əl-Əhram” qəzetinə verdiyi müsahibədə belə deyib.

“Üzləşdiyimiz problemin kökü Liviyada mövcud vəziyyətinin qorunub saxlanmasına edilən cəhdlərdir. Belə vəziyyət hamıya ölkənin sərvətlərini talan etməyə imkan verir” – Salami vurğulayıb.

BMT rəsmisinin sözlərinə görə, Liviyadakı mövcud vəziyyətdə “hər səhər yeni milyonçu peyda olur. Ölkədəki ümumi vəziyyət isə getdikcə daha da pisləşir. Liviyada gedən mübarizə ideya və mədəniyyət yox, sərvət naminə gedən mübarizədir.”

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Liviya   BMT  





Xəbər lenti