Spirtli içkidən öldü

Spirtli içkidən öldü
  31 Oktyabr 2013    Oxunub:1016
Gəncə sakini spirtli içkidən ölüb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında məskunlaşan, Kəlbəcərdən olan məcburi köçkün, 40 yaşlı Şahin Tağıyev Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.

Gəncə Şəhər Prokurorluğundan bildirilib ki, Ş.Tağıyev həddindən artıq alkoqol qəbul etdikdən sonra səhhəti pisləşib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Ş.Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. Yekun rəy məhkəmə tibb-ekspertizasından sonra məlum olacaq.


Teqlər:  





Xəbər lenti