İranda 39 ildən sonra bir ilk - VİDEO+FOTOLAR

 İranda 39 ildən sonra bir ilk -  VİDEO+FOTOLAR
  12 Noyabr 2018    Oxunub:12315
Asiya Çempionlar Liqasının finalının cavab görüşündə İranın “Persepolis” və Yaponiyanın “Kashima Antlers” komandaları üz-üzə gəliblər.
AzVision.az xəbər verir ki, oyun qolsuz bərabərliklə yekunlaşıb. İlk oyunda 2:0 hesabı ilə qalib gələn Yaponiya klubu çempion adına layiq görülüb.



“Persepolis”in məğlub olmasına baxmayaraq, bu görüş İran futbol tarixinə düşüb. Belə ki, İranda qadın azarkeşlər 39 ildən sonra ilk dəfə məhz bu görüşü stadiondan izləyiblər. Stadionda 500-ə yaxın qadının olduğu bildirilib.

Qeyd edək ki, 1979-cu il İran İnqilabından sonra qadınlar kişilərin olduğu turnirlərə qatıla bilmirdi.





Kənan Məmmədov
Azvision.az


Teqlər: İran   Futbol  





Xəbər lenti