Torpaq sürüşməsi 7 nəfərin həyatına son qoyub

Torpaq sürüşməsi 7 nəfərin həyatına son qoyub
  11 Noyabr 2018    Oxunub:3470
İndoneziyanın Şimali Sumatra vilayətində torpaq sürüşməsi baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 7 nəfər həlak olub.

Sürüşmə Cənubi Nias dairəsində 100 metr hürdürlüyü olan təpədə qeydə alınıb.

"Sürüşməyə səbəb leysan yağışlar olub, torpaq və dağ axını içində 7 nəfər olduğu evin üstünə uçub. 7 nəfərin hamısı ölüb", - deyə İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Agentliyin rəhbəri Riadil Ahir Lubis bildirib.

Azvision.az



Teqlər: İndoneziya  





Xəbər lenti