Cüdoçumuz bürünc medal qazanıb

Cüdoçumuz bürünc medal qazanıb
  10 Noyabr 2018    Oxunub:5781
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri yarışları davam edir.
Azərbaycan Cüdo Federasiyasından Azvision.az-a verilən məlumata görə, beynəlxalq turnirin ilk günündə cüdoçumuz Nicat Şıxəlizadə bürünc medal qazanıb.

Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz üçüncü yer uğrunda görüşdə Monqolustan idmançısı Altanşux Dovdonu məğlub edib.

Qeyd edək ki, Özbəkistan Qran-Prisində 47 ölkədən 349 cüdoçu qüvvəsini sınayır. Azərbaycanı Daşkənd turnirində 11 cüdoçu (8 oğlan, 3 qız) təmsil edir.

Azvision.az


Teqlər: Cüdo   Yarış  





Xəbər lenti