İdmançımız dünya çempionatının finalına yüksəldi

İdmançımız dünya çempionatının finalına yüksəldi
  09 Noyabr 2018    Oxunub:6645
Azərbaycan milli komandasının para-karate üzrə dünya çempionatında çıxışı uğurlu alınıb.
Azvision.az Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir ki, Sahib Əhədov 40.5 xal toplayaraq öz qrupunun qalibi olmaqla finala yüksəlib. Noyabrın 10-da onun rəqibi ispan idmançısı olacaq.

Para-karate üzrə dünya çempionatında rekord sayda - 33 ölkədən 100 idmançı iştirak edir. Azərbaycan bu yarışda bir karateçi ilə təmsil olunur.

Azvision.az



Teqlər:





Xəbər lenti