Tanınmış müğənninin anasının yarım milyonu oğurlanıb

 Tanınmış müğənninin anasının yarım milyonu oğurlanıb
  08 Noyabr 2018    Oxunub:3187
Məşhur müğənni Mahsun Kırmızıgülün 90 yaşlı anasının evindən yarım milyon lirə oğurlanıb.
AzVision.az xəbər verir ki, oğurluq hadisəsini bir həftə öncə işə götürülən türkmənistanlı xadimə həyata keçirib.

Türkiyə polisi oğurluq edən qadını və onun həyat yoldaşını Ankarada saxlayıb. Onlardan qarət olunan vəsait götürülüb. Hadisə ilə bağlı araşdırma davam edir.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Oğru  





Xəbər lenti