“Qarabağ” səfərdə “Vorskla”ya qarşı

“Qarabağ” səfərdə “Vorskla”ya qarşı
  08 Noyabr 2018    Oxunub:6277
Bu gün “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Poltavada Ukraynanın “Vorskla” komandası ilə qarşılaşacaq.
Azvision.az xəbər verir ki, görüş Aleksey Butovski adına stadionda keçiriləcək. Saat 24:00-da başlayacaq matçı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Qrupun digər görüşündə “Arsenal” Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.

Xatırladaq ki, təmsilçimiz “Qarabağ” qrupda keçirdiyi üç oyunda qol vurmadan məğlub olub.

Azvision.az



Teqlər: UEFA   Qarabağ  





Xəbər lenti