Səfir və fəxri konsul “Qarabağ”ın məşqini izləyib

Səfir və fəxri konsul “Qarabağ”ın məşqini izləyib
  08 Noyabr 2018    Oxunub:7213
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Poltavadakı fəxri konsulu Elşən Vəliyev “Qarabağ” futbol klubuna dəstək olmaq üçün komandamızın açıq məşqini izləyiblər.
Aleksey Butovski adına stadionda təşkil olunmuş açıq məşq zamanı “Qarabağ” klubunun direktoru Əmrah Çelikəl üzərində Azər Xudiyevin və Elşən Vəliyevin adları yazılan komandanın formalarını onlara bağışlayıb.

Səfir A.Xudiyev Azərbaycan və yerli jurnalistlərə açıqlamasında “Qarabağ”ın çətin səfər oyunundan qalib gələcəyinə inandığını bildirib. “Qarabağ”ın Azərbaycanı avrokuboklarda uğurla təmsil etdiyini deyən diplomat oyunda soydaşlarımızın komandamızı fəal şəkildə dəstəkləyəcəklərini vurğulayıb.

Qeyd edək ki, noyabrın 8-də keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq.

Azvision.az



Teqlər: Ukrayna   Səfir   Konsul   QarabağFK  





Xəbər lenti