Donald Tusk Meylə “Brexit”i müzakirə edib

Donald Tusk Meylə “Brexit”i müzakirə edib
  07 Noyabr 2018    Oxunub:2676
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskla Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon əlaqəsi baş tutub.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, ötən gün gerçəkləşən söhbət zamanı tərəflər Britaniyanın Aİ-dan çıxması və gələcək əlaqələrin formatına dair “Brexit” prosesi üzrə danışıqların gedişini müzakirə ediblər.

“Baş nazir Tereza Meylə bu səhər baş tutan telefon söhbətimizdə “Brexit” danışıqlarında irəliləyişlərə yekun nəzər saldıq və önümüzdəki yolu müzakirə etdik”, – Tusk bəyan edib.

Qeyd edək ki, noyabrın sonlarında Britaniya parlamentinin İcmalar Palatası ölkənin Avropa İttifaqından çıxması barədə sazişə münasibətini bildirmək üçün səsvermə keçirəcək.

Xatırladaq ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti