Başına 4 milyon pul qoyulan terrorçu öldürüldü - FOTOLAR

Başına 4 milyon pul qoyulan terrorçu öldürüldü -  FOTOLAR
  06 Noyabr 2018    Oxunub:5344
Türkiyə Daxili İşlər Nazirliyi 31 oktyabr tarixində Şırnakda zərərsizləşdirilən terrorçulardan birinin "qırmızı xətt"lə axtarılan Bədirxan Abo (Bedirhan Abo) olduğunu açıqlayıb.
Azvision.az xəbər verir ki, Türkiyə DİN rəsmiləri Botan bölgəsindən məsul olan və başına 4 milyon lirə mükafat qoyulan terrorçunun əvvəllər "qırmızı xətt"lə axtarıldığını, ancaq artıq siyahıdan çıxarıldığını bildiriblər.



Qeyd edilib ki, antiteror əməliyyatları zamanı Cudi Dağının Helenapir təpəsində gizlənən bir qrup terrorçu zərərsizləşdirilib. Onların arasında "Masiro" ləqəbli Bədirxan Abonun da olduğu dəqiqləşib.

Türkiyə Daxili İşlər Nazirliyi əməlyatların davam edəcəyini bəyan edib.





Teqlər: PKK   Terror   Türkiyə  





Xəbər lenti