Ərdoğan Trampa meydan oxudu: “Sanksiyalara əməl etməyəcəyik”
“Biz bu sanksiyaları doğru hesab etmirik. Bu addım dünyada balansın pozulmasına istiqamətlənib və beynəlxalq hüquqa ziddir. Biz imperialist dünyada yaşamaq istəmirik”, - deyə Ərdoğan bəyan edib.
Türkiyə prezidenti onu da vurğulayıb ki, İrandan 10 milyard kubmetr qaz alan Ankaranın ABŞ sanksiyalarına əməl etmək fikri qətiyyən yoxdur.
Leyla Elbrusqızı
Azvision.az